Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb. SİA-nın məlumatına görə, milimizin üzvü gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Hoffenhaym"la səfər matçının iştirakçısı olub. Birinci turdan təxirə salınmış oyunda Frankfurt təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunun müəllifi də Renat olub. Belə ki, 28-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sonradan 3 top buraxmaqla meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 3 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB