Sərdar Taşçı Moskva “Spartak”ını tərk edir. SİA-nın məlumatına görə, türk əsilli müdafiəçi “Trabzonspor”da forma geyinəcək.
Şənbə günü Taşçı Trabzona gələcək və yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun yeni iş yerindəki illik qazancı 2 milyon avro təşkil edəcək.
Sərdar Taşçının “Spartak”la hazırkı müqaviləsi 2018-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Qeyd edək ki, təcrübəli futbolçunun Moskva klubu ilə müqaviləsini daha 2 illiyinə uzadacağı barədə xəbərlər yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB