"İlk oyunumuzda qələbə qazandığımız üçün çox sevinirik. Komandamızın heyətində daha çox gənc idmançılar yer alıblar. Bu heyətlə öncələr birlikdə oyanamamışdıq. Son bir neçə gündə bir-birimizə uyğunlaşmağa çalışırıq". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Türkiyə milli komandasının kapitanı Meliha İsmailoğlu deyib.
O qeyd edib ki, "Bakı-2017"də Tacikistan yığması ilə ilk oyun onlar üçün asan keçib: "Rəqib komandanın oyunçuları uzun deyillər. Bizim üçün asan qarşılaşma oldu. Ehtiyat oyunçular skamyasında olan komanda yoldaşlarımıza da oynamaq üçün şans vermək imkanımız yarandı.Bundan öncə heç vaxt bu komanda ilə qarşılaşmamışdıq. Bu matçda oyunumuza diqqətlə yanaşdıq ki, sonrakı görüşlər üçün hazırlıq olsun".
İdmançı yarışda ən güclü komandanın Azərbaycan yığması olduğunu bildirib: "Ən güclü heyət Azərbaycan yığmasındadır. Ümid edirəm ki, sizin komanda ilə finalda qarşılaşarıq".
Türkiyə millisinin kapitanı Bakının hər il daha çox inkişaf etdiyini vurğulayıb: "Hər il müxtəlif yarışlarda iştirak etmək üçün Azərbaycana gəlirəm. "Bakı-2015" Avropa Oyunlarında da burada olmuşam. IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı birinci Avropa Oyunlarındakı kimi yüksək səviyyədədir. Bakı hər il daha çox inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB