"Çelsi"nin futbolçusu Eden Azar adının Madrid"Real"ı ilə hallanmasına münasibət bildirib. Qol.az-ın xəbərinə görə, belçikalı futbolçu Britaniya mətbuatına açıqlamasında London klubunu tərk etmək istəmədiyini deyib: "Çelsi"dən getmək istəmirəm. Burda yaxşı vəziyyətdəyəm. Özümü çox xoşbəxt hiss edirəm. Müqaviləmin sonuna qədər komandada qalmaq istəyirəm".
Qeyd edək ki, 26 yaşlı yarınnüdafiəçi 2012-ci ildən "Çelsi"də çıxış edir. Xatırladaq ki, İspaniya mətbuatı "Real"ın Azar üçün "Çelsi"yə 100 milyon funt sterlinq ödəməyə hazır olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB