"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubundan ayrılacağı iddialara münasibət bildirib.Türkiyə mətbuatının yazdığına görə, o, müqaviləsinin müddəti başa çatana kimi "Barsa"da qalmaq istədiyini deyib: "Burada xoşbəxtəm. "Barselona"dan ayrılacağımla bağlı xəbərlər yazılır. Ancaq belə şey yoxdur. Müqaviləmin müddəti başa çatana qədər qalmağı düşünürəm". Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2020-ci ildə başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB