"Neftçi” fransız hücumçu transfer edib

"Neftçi” fransız hücumçu transfer edib

"Neftçi" növbəti transferini gerçəkləşdirib. Bakı klubunun rəsmi saytında yerləşdirilən xəbərə görə, Argentina əsilli fransız hücumçu Hüqo Barqas ilə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu indiyədək Argentinanın "All Boyz", Hollandiyanın "De Qraafşap", "Zvolle", İspaniyanın "Ximnastik", Boliviyanın "Bluminq", "Oriente Petrolero", "Bolivar", İtaliyanın "Kremoneze", Ekvadorun "Deportivo Kuenka" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə