Çingiz Hüseynzadə İntiqam Zairova “London-2012”in gümüş medalının verilmə ehtimalı haqda danışdı
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairova 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş medalının verilmə ehtimalı ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, MOK-un vitse-prezidenti qeyd edib ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında 94 kq çəki dərəcəsində ilk yerləri tutan idmançılarıdan 4-nün diskvalifikasiya olunması səbəbindən idmançımız 6-cı yerdən 2-ci pilləyə yüksəlsə də, hələ ki, heç bir rəsmi qərar yoxdur: "Hələlik hər hansı fikir söyləmək mümkün deyil. İ. Zairovun özünündə də dopinq qəbul edib-etmədiyi araşdırılır. Məsələlər tam araşdırılıb, həll olunandan sonra bu haqda danışmaq olar. Əgər İ.Zairova gümüş medal verilsə də, razılaşaq ki, bu, yarışdan qazanılan medal deyil. Ona görə pul mükafatı haqda düşünmək lazım deyil".
Ç.Hüseynzadə vurğulayıb ki, dopinq-testdən keçə bilmədiyi üçün 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş medalından məhrum edilən Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimovdan pul müküfatı geri alınmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB