AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
19 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XII turunun "Qarabağ" – "Kəpəz" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
20 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XII turunun "İnter" – AZAL matçının 68-ci dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu Brian Fok ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun "Qəbələ" – "Zirə" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun "Qarabağ" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Turan Tovuz" – "Şahdağ" matçının 2-ci hissəsində "Turan Tovuz" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub (maddə 52).
17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Şəmkir" – "Səbail" matçının 78-ci dəqiqəsində "Şəmkir" klubunun 11 №-li futbolçusu Şahin Baleljae ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub(maddə 48).
17 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun MOİK – "Qaradağ Lökbatan" matçının 35-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Məhəmməd Bədəlbəyli qeyri-etik jest göstərdiyinə görə İntizam Komitəsi tərəfindən 3 oyun cəzalanıb. Oyunçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və futbolçuya 6 ay sınaq müddətə verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək(maddə 33) (maddə 42.1).
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Rəvan" – "Şərurspor" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Bakılı" – "Energetik" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
Oyun başa çatdıqdan sonra "Energetik" klubunun 5 №-li futbolçusu Tural Məmmədov təhqir edici hərəkət etdiyinə görə, 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub (maddə 42.1)
18 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Zaqatala" – "Ağsu" matçının 90+1-ci dəqiqəsində "Zaqatala" klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub(maddə 48).
UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılıb. Komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıdakı şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.
"Şahdağ" (Qusar)
- Kamran Ağakərimov
- İqrar Səmədov
- Tofiq Səfiyev
- Mahiddin Ağamov
- Faik Ağarəhimov
- Rafael Kübərov (İnzibatçı)
"Rəvan" (Bakı)
- Əkbər Əhmədov
- Fərid Ağayev
- Mirqasım Cabbarlı
- Elvin Əliyev
- Omid Masumi
- Fərid Quliyev
- Cəmşid Məhərrəmov
"Bakılı" (Bakı)
- Bəhram Bəhramzadə
- Xəzər Qəribov
"Göyəzən" (Qazax)
- Arzuman Vəliyev
- Orxan Əsgərov
- Tunar Şahtaxtinski
"Energetik" (Mingəçevir)
- Elvin Əlizadə
- Kamran Lalayev
- Orxan Əlibalayev
"Şərurspor" (Bakı)
- Mehdi Rəsulov
- Samir Musayev
Hakim
Anar Niyazov
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
16 noyabr 2016-cı il U-19 Liqasında "Sumqayıt" – "Vətən" matçının 90+1-ci dəqiqəsində "Sumqayıt" klubunun 3 №-li futbolçusu Tural Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Neftçi" İK İB – "Səbail" FK matçının 45+1-ci dəqiqəsində "Neftçi" İK İB klubunun 1 №-li futbolçusu Ruzi Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
14 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Neftçi" – "Qəbələ" matçının 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 20 №-li futbolçusu Bəşir Aylarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
14 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Səbail" FK – "İnter" PİK matçının 29-cu dəqiqəsində "İnter" PİK klubunun 18 №-li futbolçusu Tərxan Həsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 68-ci dəqiqəsində "İnter" PİK klubunun 19 №-li futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Qəbələ" İK – "Vətən" RİOEUG matçının 90+5-ci dəqiqəsində "Vətən" RİOEUG klubunun 7 №-li futbolçusu Şakir Seyidov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "Zirə" PFK – "Kəpəz" PFK matçının 79-cu dəqiqəsində "Zirə" PFK klubunun 55 №-li futbolçusu Pərviz Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
17 noyabr 2016-cı il U-10 Liqasının AZAL PFK – "Sərhədçi" matçında AZAL PFK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).
17 noyabr 2016-cı il U-11 Liqasının "Bakı"– "Xəzri" matçında "Bakı" klubunun məşqçisi Etibar Səfərəliyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb(maddə 42.4).
19 noyabr 2016-cı il Coca-Cola U-13 Liqasında "Sabirabad" – UGİM (Göyçay) matçının 13-cü dəqiqəsində "Sabirabad" klubunun 15 №-li futbolçusu Aqşin Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
19 noyabr 2016-cı il U-14 Liqasında UGİM (Göyçay) – UĞUR Gİİ (Ucar) matçının 40-cı dəqiqəsində UGİM klubunun 18 №-li futbolçusu Nicat Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
20 noyabr 2016-cı il U-14 Liqasında "Neftçi" İK İB – "Rəvan" FK matçının 44-cü dəqiqəsində "Neftçi" İK İB klubunun 10 №-li futbolçusu Sahib Səmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
21 noyabr 2016-cı il Bakcell U-17 Liqasında "İnter" PİK – AZAL PFK matçının 37-ci dəqiqəsində "İnter" PİK klubunun 5 №-li futbolçusu Bayram Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
Oyun başa çatdıqdan sonra "İnter" PİK klubunun 9 №-li futbolçusu Riad Abbaszadə AZAL klubunun rəsmi şəxsini bilərəkdən vurduğuna görə 12 ay yarışlardan kənarlaşdırılıb (maddə 37.1).
"İnter" PİK klubuna daxili nizam-intizam qaydalarına əməl edilməsi haqqında xəbardarlıq olunub.
18 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin İFFA – "Standart" matçının 14-cü dəqiqəsində İFFA klubunun 30 №-li futbolçusu Rafael Nağıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
19 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin ADBTİA – "Star" matçının 10-cu dəqiqəsində "Star" klubunun 9 №-li futbolçusu Kamil Aslanov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 23-cü dəqiqəsində ADBTİA klubunun 8 №-li futbolçusu Rüstəm Rüstəmlinin ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
18 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Baku fire-2" – "Sovetski" matçının 48-ci dəqiqəsində "Baku fire-2" klubunun 10 №-li futbolçusu Elşən Zərbəliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
20 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Avanqart"–"Təbriz" matçının 50-ci dəqiqəsində "Avanqart" klubunun 8 №-li futbolçusu Natiq Yusubov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
20 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "İtaldizain"–"Obolon" matçının 45-ci dəqiqəsində "Obolon" klubunun 14 №-li futbolçusu Zakir Kərimov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB