Rusiyalı keçmiş futbolçu Artyom Bezrodnı dünən 37 yaşında dünyasını dəyişib. Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, onun ölüm səbəbi hələlik bilinmir.
Qeyd edək ki, A.Bezrodnı futbolçu karyerasın ərzində son olaraq 2005-ci ildə, o vaxt Azərbaycan çempionatında çıxış edən İmişlinin "MKT Araz" klubunda oynayıb. O, həmçinin "Spartak" (Moskva), "Bayer"in (Leverkuzen) şərəfini qoruyub. Bundan başqa, A.Bezrodnı Rusiyanın əsas milli komandasında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB