Daha bir bışaqlanma hadisəsi Qazaxda olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Kənd sakini 1964-cü il təvəllüdlü Dünyamalı Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB