2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərində İspaniya yığmasının 3 üzvü qarət olunub. SİA-nın məlumatıan görə, "Marca" hadisənin Paralimpiya Kəndində baş verdiyini yazıb.
Naməlum kişilər özlərini otaq təmizləyənlər kimi təqdim edərək, idmançıların qaldıqları otaqlardan 350 dollar oğurlayıblar. Zərərçəkənlər polisə müraciət ediblər. Oğrular sonradan tapılsa da, üstlərindən pul çıxmayıb.
Danimarka nümayəndə heyətinin də qarət olunduğu bildirilir. Onların otaqlarından texnika və hətta geyimlərin də oğurlandığı bildirilir.
Xatırladaq ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB