Braziliya polisi oğurlanmış iyirmi min dolları Olimpiya kəndinin əməkdaşından tapdı

Braziliya polisi oğurlanmış iyirmi min dolları Olimpiya kəndinin əməkdaşından tapdı

Braziliyada keçirilən Olimpiya oyunları ilə bağlı yeni xəbər yayılıb. Belə ki, Braziliya polisi Olimpiadada iştirak edən yığmalardan birinin üzvünün oğurlanmış 20 000 dollarını Olimpiya kəndinin əməkdaşından tapıb. Braziliyanın "Globo" qəzeti yazır ki, ötən gün Olimpiadada iştirak edən nümayəndə heyətlərindən birinin üzvündən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları kənddə xidmət göstərən işçiləri axtarıblar. Polislər oğurlanmış pulu əməkdaşlardan birində tapıblar. Şübhəli polis bölməsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə