"Qarabağ" Çempionlar Liqasından kənarda qaldı

"Qarabağ" Çempionlar Liqasından kənarda qaldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk oyunu Bakıda olub. Son illər Azərbaycanın dəyişməz çempionu "Qarabağ" "Viktoriya"nı sınağa çəkib. Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da "Viktoriya" səfərdə vurduğu qol sayəsində "play-off"a yüksəlib. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında dayandırsa da, Avropa Liqasının "pley-off" mərhələsində oynayacaq.

2 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Çexiya) - 1:1
Qollar: Muarem Muarem, 28 (1:0), Krmençik, 85 (1:1)
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0

41368 dəfə baxılıb

Bütün xəbərlər Facebook səhifəmizdə