Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" (Ağdam) – "F91 Düdelanj" (Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb. Komandamızın Lüksemburq çempionu ilə matçını israilli hakimlər briqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Orel Qrinfild olacaq. Ona Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər. Menaşe Masiah qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Bakıdakı oyunda hakimlərin işinə hakim-inspektor kimi serbiyalı Zdravko Yokiç qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə ukraynalı Vladimir Çorno olacaq
Xatırladaq ki, iyulun 12-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB