"Xəzər Lənkəran" “Atırau” və "Metallurq“la qarşılaşcaq

"Xəzər Lənkəran" “Atırau” və "Metallurq“la qarşılaşcaq
Qış təlim-məşq toplanışına Türkiyəyə yollanan "Xəzər Lənkəran" artıq Antalyadadır. Siasport.az xəbər verir ki, komanda dünən təyyarə ilə yola düşüb. Klubun legionerləri isə Milad və yeni il bayramlarını öz vətənlərində ailələri ilə keçirdikdən sonra komandaya Antalyada qoşulacaqlar. "Xəzər Lənkəran" yanvarın 26-dək Türkiyədə qalacaq. Bu müddət ərzində "Xəzər Lənkəran" bir neçə yoldaşlıq oyunları keçirəcək. Bunlardan birincisi yanvarın 16-da Qazaxıstanın "Atırau" komandası ilə, digəri yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan "Metallurq" (Zaporojye) klubu ilə olacaq. Bundan başqa, komandanın Belçika və Rumıniyanın yüksək liqa təmsilçiləri ilə də qarşılaşmaları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə