Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçirilir. SİA-nın məlumatına görə, turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır.
İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçirilib. Püşkatmanın nəticəsinə əsasən, qadın güləşçilərimiz Polşa və Rusiya komandaları ilə birgə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışıb.
Güləşçilərimiz Polşa ilə görüşdə 5:3, Rusiya ilə qarşılaşmada isə 7:1 hesabı ilə məğlub olublar. Bu nəticə ilə qrupda üçüncü yeri tutan qadın güləşçilərimiz digər qrupun üçüncüsü Belarusla 5-ci yer uğrunda görüşə çıxıblar. 5:3 hesabı ilə qalib gələn komandamız Avropa Millətlər Kubokunu 5-ci sırada tamamlayıb.
| I dövrə | Azərbaycan - Polşa | 3:5 | II dövrə | Rusiya - Azərbaycan | 7:1 | |
|
48 kq 53 kq 55 kq 58 kq 60 kq 63 kq 69 kq 75 kq |
Marziget Baqomedova - Anna Lukasiak Anjela Doroqan - Katarjina Kravçuk Alyona Kolesnik - Roksana Zasina Nataliya Sinişin - Anna Zviridovska İrina Netreba - Aqneşka Krol Raqnetta Qurbanzadə - Monika Mixalik Gözəl Zutova - Kordus Vişçek təmsilçimiz yoxdur - Dariya Osoka |
0:10 4:5 1:7 10:0 4:2 1:4 10:0 0:3 |
48 kq 53 kq 55 kq 58 kq 60 kq 63 kq 69 kq 75 kq |
Milana Dadaşova - Marziget Baqomedova Mariya Qurova - Anjela Doroqan İrina Oloqonova - Alyona Kolesnik Nataliya Qolts - Nataliya Sinişin Lyubov Ovçarova - İrina Netreba Darima Sanjeyeva - Raqnetta Qurbanzadə Tatyana Morozova - Gözəl Zutova təmsilçimiz yoxdur |
12:2 6:1 6:0 0:6 9:7 3:0 7:5 3:0 |
| 5-ci yer | Azərbaycan - Belarus | 5:3 |
|
48 kq 53 kq 55 kq 58 kq 60 kq 63 kq 69 kq 75 kq |
Marziget Baqomedova - Marina Markeviç Anjela Doroqan - Svetlana Lamaşeviç Alyona Kolesnik - Katerina Qonçar Nataliya Sinişin - Veronika İvanova İrina Netreba - Anastasiya İvanova Raqnetta Qurbanzadə - Madina Sidakova Gözəl Zutova - Yevgeniya Andreyçikova təmsilçimiz yoxdur - Nataliya Lanko |
2:9 6:12 10:0 14:1 14:2 6:2 5:0 0:3 |
Baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (58 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.
Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB