Milli komandaların növbəti reytinq cədvəli

Milli komandaların növbəti reytinq cədvəli

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Yeni reytinqdə Belçika milli komandası tarixində ilk dəfə liderliyə yüksəlib. Azərbaycan yığması siyahıda 10 pillə geriləyib. Hazırda milli komandamız dünya reytinq cədvəlinin 115-ci sırasında qərarlaşıb. Ötən ay 328 xalla 105-ci yerdə olan yığmamızın geriləməsinə səbəb "AVRO-2016"nın seçmə oyunlarında İtaliyaya (1:3), Bolqarıstana (0:2) məğlub olmasıdır. Nəticədə yığmamızın xal hesabı 293-ə enib.

Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:

1 (3). Belçika - 1440 xal

2 (2). Almaniya - 1388

3 (1). Argentina - 1383

4 (4). Portuqaliya - 1364

5 (9). Çili - 1288

6 (6). İspaniya - 1287

7 (5). Kolumbiya - 1233

8 (7). Braziliya - 1208

9 (10). İngiltərə - 1179

10 (11). Avstriya - 1130

Xatırladaq ki, 1993-cü ildən tətbiq edilən FİFA reytinqinin növbəti versiyası dekabrın 3-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə