“Payız turniri" başlayıb

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə bu gün Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitməqüsurlu əlillər arasında futzal üzrə "Payız turniri" start götürüb. SİA-nın məlumatına görə, ilk turda "Zirvə" "Ümid"i 9:0 hesabı ilə darmadağın edib, "Şimşək" - "Birlik" matçı isə 5:5 hesablı heç-heçə ilə başa çatıb.

"Zirvə" - "Ümid" 9:0

"Şimşək" - "Birlik" 5:5

Bütün xəbərlər Facebook səhifəmizdə