"Qarabağ"la oyundan öncə futbolçularda həyəcan hiss edirdim". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun "Qarabağ"la oyunundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Mütəxəssis Ağdam təmsilçisinə məğlubiyyəti belə şərh edib: "Qarabağ"ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. "Qarabağ"ı təbrik edirəm. Biz isə "Kəpəz"lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi".
Xatırladaq ki, oyunda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB