219 nəfər idmançı mübarizə aparıb

219 nəfər idmançı mübarizə aparıb

12-13 oktyabr 2015-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatı keçirilib. SİA-nın məlumatına görə, yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli iştirak ediblər.

Birincilikdə 219 nəfər idmançı mübarizə aparıb.Nəticələrə görə, kişilər arasında 60 kq çəki dərəcəsində I yerə Arif Şahlarov (Neftçi İKİB), II yerə Əvəz Gözəlov (Neftçi İKİB), III yerə Fərid Qardaşxanov (Neftçi İKİB), Tərlan Muradlı (Qəbələ İK) 66 kq çəki dərəcəsində I yerə Elnur Əhmədov (DİN İC), II yerə Eşqin Məmmədov (Judo Club 2012), III yerə Kənan Quluzadə (UGİM-13), Famil Məmmədzadə (Neftçi İKİB), 73 kq çəki dərəcəsində I yerə Mustafayev Elvin (UGİM-13), 81kq çəki dərəcəsində I yerə Əhmədli Elvin (Judo Club 2012), 90 kq çəki dərəcəsində I yerə Allahverdiyev Fərid (Judo Club 2012), 100 kq çəki dərəcəsində I yerə Rəcəbli Murad (Judo Club 2012), +100 kq çəki dərəcəsində Allahverdiyev Fuad (Judo Club 2012), qadınlar arasında 52 kq çəki dərəcəsində I yerə Şəfəq Məmmədova (Neftçi İKİB), III yerə Günay Əmrahova (İppon İK), III yerə Nəzərova Gülşən (Neftçi İKİB), 57 kq çəki dərəcəsində I yerə Günel Bəkirzadə (Lokomotiv İSM), II yerə Rəfiqə Mənsimova (UGİM-10), III yerə Səbinə Bəkirova (Neftçi İKİB), Nuriyyə Axundova (DİN İC), 63 kq çəki dərəcəsindəI yerə Nərgiz Hacıyeva (UGİM-13), II yerə Aidə Baxşıyeva (Neftçi İKİB), III yerə Leyla Şahin (UGİM-13), Fidan Hüseynova (Neftçi İKİB), 70 kq çəki dərəcəsində Validə Mirzəzadə (Neftçi İKİB), II yerə Lalə Gülbalayeva (UGİM-9), III yerə Nərgiz İbrahimova (Neftçi İKİB), 78 kq çəki dərəcəsində I yerə Günay Alməmmədova (Təhsil RİM-1), +78 kq çəki dərəcəsində I yerə Şəms Əhmədova (UGİM-10) layiq görülüblər.

Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə