“Zirə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verildi İK-nın qərarları
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
19 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının V turunun "Zirə" – "Rəvan" matçının 82-ci dəqiqəsində "Zirə" klubunun 2 №-li futbolçusu Mbah Chimezie ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
20 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" – "Xəzər Lənkəran" matçının 56-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
18 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun "Zirə" – "Rəvan" matçında oyunoncəsi iclasda "Zirə" klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 65).
"Zirə" klubu yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 31) , (maddə 97).
19 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun "Neftçi" – "Xəzər Lənkəran" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
17 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun II turunun "Zaqatala" – "Şəmkir" matçında "Şəmkir" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
18 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun II turunun "Bakılı" – "Energetik" matçının 59-cu dəqiqəsində "Energetik" klubunun 2 №-li futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB