ADBTİA-nın komandası “Təhsi kuboku”nun qalibi olub

ADBTİA-nın komandası “Təhsi kuboku”nun qalibi olub

Bayıl stadionunda AFFA və Təhsil Nazirliyinin ali təhsil müəssisələri arasında birgə təşkil etdiyi "Təhsil kuboku" turnirinin final oyunu keçirilib. SİA-nın məlumatına görə, turnirin son oyununda Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan ADBTİA-nın komandası turnirin qalibi olub.

Oyundan sonra təşkil olunmuş mükafatlandırma mərasimində mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə