Azərbaycan Velosiped İdman Federasiyası, "İrəli" İctimai Birliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilati dəstəyi ilə Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyinə həsr olunmuş "Silahlı Qüvvələr kuboku" adlı velosiped yarışı keçirilib. SİA-nın məlumatına görə, yarış Veloparkda təşkil olunub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, TOHGM İB-nin sədri Emin Həsənli və digərləri iştirak edib.
Yarışın keçirilməsində məqsəd general Əlağa Şıxlinskinin döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri diqqət mərkəzində saxlamaq, gənclərin vətənpərvərlik hisslərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği və sağlam həyat tərzini aşılamaqdır.
Daha sonra yarışlara start verilib. Sonda Azərbaycan Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin komandası I, II və III yerləri paylaşaraq medal və kubokla təltif olunublar.
Qeyd edək ki, Silahlı Qüvvələr kubokunda Silahlı Qüvvələr Qoşunlarından ümumilikdə 18 komanda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB