Azərbaycan-Malta oyununun hakimləri bəlli oldu

Azərbaycan-Malta oyununun hakimləri bəlli oldu

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan – Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcək.

Baş hakim: Halis Özkahya

Baş hakimin köməkçiləri: Cem Satman, Ekrem Kan

Dördüncü hakim: Kemal Yılmaz

Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa

Hakim-inspektor: Covanni Bolognino (İtaliya)

UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa)

Bütün xəbərlər Facebook səhifəmizdə