FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ay ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 413 xalla 73-cü pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 1736 xalla Almaniya yığması başçılıq edir. Argentina millisi (1604 xal) ikinci, Hollandiya kollektivi (1507 xal) isə üçüncü pillədə yer alıb.
Növbəti reytinq cədvəli sentyabrın 18-də açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB