Fuad Zeynalov dünya çempionu oldu

Fuad Zeynalov dünya çempionu oldu

10-16 iyul tarixlərində ABŞ-ın Orlando şəhərində Çin döyüş sənəti üzrə keçirilən dünya çempionatında Sərhədçi İdman Olimpiya Mərkəzinin zabit məşqçisi, kapitan Fuad Zeynalov dünya çempionu olub və "Qızıl kəmərə" sahib çıxıb. SİA-nın xəbərinə görə, dünyanın 450 idmançısının qatıldığı dünya çempionatında F.Zeynalov ən ağır çəkidə (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionat ərzində "Kinq-boks və "Şuşanda" döyüş növləri üzrə üç döyüş keçirən F.Zeynalov döyüşlərin ikisini nakault və texniki-nakault olmaqla vaxtından əvvəl başa vurub. F.Zeynalov digər qələbəni isə rinqə çıxmadan, texniki məğlubiyyətlə qazanıb.

Qeyd edək ki, Azərbaycanın igid oğlu F.Zeynalov iyulun 16-sı vətənə dönəcək.

Xatırladaq ki, dünya çempionatına yollanmazadan öncə Fuad Zeynalov SİA-ya açıqlamasında şanlı bayrağımızı okeanının o tayında da yüksəklərə qaldıracağına söz vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə