Xorvatiya, yoxsa Meksika?

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün A və B qruplarının hərəsində üçüncü turun iki oyunu keçiriləcək.

B qrupunda Avstraliya İspaniya ilə qarşılaşacaq. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyil.

Qrupun digər görüşündə isə Hollandiya Çili yığmasını sınağa çəkəcək. Komandalar 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüşün nəticəsi də heç nəyi dəyişməyəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

A qrupunda Kamerun Braziliya ilə üz-üzə gələcək. Afrika təmsilçisi qrupdan çıxmaq şansını itirib. Braziliyalılar isə 1/8 finala qrup lideri kimi çıxmağa çalışacaq.

Qrupun digər oyununda Xorvatiya və Meksika milliləri qarşılaşacaq. Hər iki komandanın 1/8 finala adlamaq şansı olduğundan oyun prinsipiallığı ilə seçiləcək. Qrupdan çıxmaq üçün Meksikaya heç-heçə sərf edirsə, Xorvatiya mütləq qalib gəlməlidir. A qrupunun görüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

23 İyun

B qrupu

21:00. Avstraliya - İspaniya

21:00. Hollandiya - Çili

S Komandalar O Q H M T-F X

1 Hollandiya 2 2 0 0 8-3 6

2 Çili 2 2 0 0 5-1 6

3 Avstraliya 2 0 0 2 3-6 0

4 İspaniya 2 0 0 2 1-7 0

A qrupu

01:00. Kamerun - Braziliya (iyunun 23-dən 24-nə keçən gecə)

01:00. Xorvatiya - Meksika (iyunun 23-dən 24-nə keçən gecə)

S Komandalar O Q H M T-F X

1 Braziliya 2 1 1 0 3-1 4

2 Meksika 2 1 1 0 1-0 4

3 Xorvatiya 2 1 0 1 5-3 3

4 Kamerun 2 0 0 2 0-5 0

Bütün xəbərlər Facebook səhifəmizdə