Madrid "Atletiko"sunda sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən braziliyalı Diyeqo Koşta, Avropanın aparıcı futbol klublarının diqqət mərkəzindədir. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu üçün ən ciddi təklif London "Çelsi"sindən gəlib. Baş məşqçi Joze Mourinyonun israrla sərəncamında görmək istədiyi ulduz futbolçu üçün artıq "Çelsi" konkret addımlar atmağa başlayıb. Belə ki, "Qranada" ilə keçirilən qarşılaşmada futbolçunu tribunadan izləyən "Çelsi" menecerləri, qarşılaşmadan sonra Madrid klubunun rəhbərliyinə braziliyalı üçün 40 milyon funt sterlinq təklif edəcəklərini açıqlayıblar. İngilis mətbuatı yazır ki, D.Koştanın transfer məsələsi birbaşa klub prezidenti Roman Abromoviçin diqqətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB