İdman jurnalistləri arasında keçirilən "Jurnalistlərin həmrəylik kuboku"na yekun vurulub. Siasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının dəstəyi ilə təşkil olunmuş yarışın finalında "İdman Azərbaycan" və "Futbol+" komandaları qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən televiziya işçiləri "Jurnalistlərin həmrəylik kuboku"nun qalibi olub. Yarış iştirakçılarına PFL-mükafatları, qalib komandaya isə kubok təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB