Dekabrın 14-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində qarışıq döyüş növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan ilə yanaşı, 7 ölkənin komandası mübarizə aparacaq.
Yarışda qonaq qismində Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn və MMA üzrə dəfələrlə dünya çempionu olmuş Fyodr Yemelyanenko iştirak edəcək.
Bu, F.Yemelyanenkonun Bakıya ilk səfəridir. Üç il əvvəl onun qardaşı Aleksandr Yemelyanenko paytaxtımızda keçirilən yarışda iştirak etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB