Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Mil-Muğan" - "Qəbələ" oyununun keçirilmə yeri dəyişdirilib. Siasport.az saytının məlumatına görə, "Mil-Muğan" klubunun Peşəkat Futbol Liqasına ünvanladığı məktubda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilir. "Qəbələ" klubunun da razılıq məktubunu nəzərə alaraq "Mil-Muğan" - "Qəbələ" oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB