Noyabrın 12-17-də Yaponiyada qadın voleybolçular arasında "Grand Champions Cup" yarışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnir üçün ABŞ millisinin heyəti açıqlanıb. Qitə çempionlarının oynayacağı yarış üçün açıqlanan 14 nəfərlik yekun siyahıda Azərbaycan Super Liqasında çıxış edən 3 voleybolçu da yer alıb. Bunlar "Lokomotiv"dən Lauren Gibbemeyer, "Rabitə"dən Kayla Banvart və Kersti Ceksondur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB