"Skenderbeu" heyətini gücləndirir

"Skenderbeu" heyətini gücləndirir

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakının "Neftçi" futbol klubunun rəqibi olan Albaniya təmsilçisi "Skenderbeu" futbol klubu heyətini gücləndirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, albanlar yaxın vaxtlarda daha 3 futbolçunu heyətinə qatmaq üçün çalışırlar. Bunlar irlandiyalı Billi Mehmet, argentinalı Nistor Martinen və xorvatiyalı Ante Mitroviçdir. Xatırladaq ki, "Neftçi" və "Skenderbeu" arasında ilk qarşılaşma iyulun 17-də, axşam saat 21:00-da Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə