Fənərbaxça Benfikaya, Çelsi Bazelə qarşı

Fənərbaxça Benfikaya, Çelsi Bazelə qarşı

Bu gün UEFA Avropa Liqasının finalçıları məlum olacaq.

Siasport xəbər verir ki, azərbəycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun Portuqaliyada baş tutacaq. Belə ki, "Benfika" öz meydanında "Fənərbaxça"nı qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Fənərbaxça" cavab oyununa üstün yollansa da, "Benfika"nın son vaxtlar göstərdiyi oyun və dogma azarkeşlər qarşısında oynaması şansların bərabər olduğunu göstərir. Digər oyunda "Bazel" "Çelsi"nin qonağı olacaq. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubunun şansının daha çox olduğunu söyləmək olar.

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

2 may

00:05. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun (0:1)


00:05. "Çelsi" (İngiltərə) – "Bazel" (İsveçrə)
İlk oyun (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə