U-19 Liqasının V turunda "Bakı" AZAL ilə qarşılaşıb. Siasport idman portalının məlumatına görə, "Dalğa Arena"da baş tutan oyun heç-heçə ilə nəticələnib. İlk yarının sonlarında "Bakı" komandasının müdafiəşılrinin səhvindən yararlanan meydan sahibləri hesabı açmağa nail olublar 1:0. Birinci hissə bu hesab ilə başa çatıb. İkinci hissədə bakılıların əzmkarlığı öz nəticəsini verib. Qarşılaşmanın 90-cı dəqiqəsində "Bakı" cavab qolu vurmağa müvəffəq olub. Umar Akmurzayev oyunda bərabərlik yaradıb.
Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan "Bakı" 5 turdan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB