Beynəlxalq Voleybol Federasiyasının İnzibati Şurasının iclası keçirildi
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FİVB) İnzibati Şurasının iclası keçirilib. Siasport.az saytının məlumatına görə, FİVB-nın prezidenti Ari Qrasın rəhbərliyi altında keçmiş tədbirdə bir sıra texniki məsələlər müzakirə olunub. Yığıncaq iştirakçıları oyunların daha tez başa çatması üçün setlərin indiki kimi 25 dəqiqəyə deyil, 21 dəqiqəyə qədər davam etməsi təklifini müzakirə ediblər. Lakin bununla bağlı heç bir qərar qəbul olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB