Dirk Kuyt yenə iddialı danışdı

Dirk Kuyt yenə iddialı danışdı

"Fənərbaxça"nın holandiyalı ulduz futbolçusu Dirk Kuyt iddialı açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, "Latsio" qarşısında komandasının 2-ci qolunu vuran hollandiyalı ulduz futbolçu artıq UEFA Avropa Liqasının finalını hədəflədiklərini dilə gətirib. Bu qələbə sayəsində yarımfinala gedən yolun yarısını qət etdiklərini deyən D.Kuyt "Fənərbaxça" azarkeşlərini də yaddan çıxarmayıb: "Tərəfdarlarımızın dəstəyi ilə qələbəni qazandıq. Belə azarkeşlərlə hər şey edə bilərik. Bizi bu matça hazırlayan texniki heyətimizə də xüsusilə təşəkkür edirəm", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə