"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov dünən "İnter"in əvəzedici heyəti ilə keçirilən görüş haqda fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, M.Qurbanov oyunun nəticəsinin əhəmiyyətli olmadığını qeyd edib: "Hazırda fiziki hazırlıq üzərində çalışırıq. Demək olar ki, topla az məşq edirik. Bu mərhələdə yoxlama oyunları keçirməkdə məqsəd baxışda olan futbolçuların vəziyyətini yoxlamaqdır. Düzdür, oyunçular hələ ki, ağırdırlar. Bu da məşqlərin ağırlığından, yükləmələrdən irəli gəlir. Amma ötən oyunla müqayisədə irəliləyiş var. Həm də bu gün yoxlama oyunlarının nəticəsi bizim üçün önəmli deyil. Əsas baxışda olanları nəzərdən keçirməkdir. Onlar haqda hələlik qəti bir söz demək olmaz. Bununla belə deyim ki, özünü yaxşı tərəfdən göstərənlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB