Dünən axşam İngiltərə Federasiya Kubokunda 3-turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, aşağı Liqa təmsilçisi "Uatford"la qarşılaşan "Mançester Siti" rəqibinə heç bir şans verməyib. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan "şəhərlilər" növbəti mərhələyə adlayıb. Səfərdə "Sauzhempton"un qonağı olan "Çelsi" rəqibini darmadağın edib. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan "zadəganlar" ikinci hissədə daha 3 dəfə fərqləniblər - 5:1.
"Mançester Yunayted" klubu səfərdə "Vest Hem"in müqavimətini qıra bilməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan bərabərliklə ayrılıblar - 2:2.
Bu komandalar arasında cavab matçı "Old Traford" stadionunda baş tutacaq. Qeyd edək ki, FA kubokunda III turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.
İngiltərə Federasiya kuboku, III tur
"Brigton" - "Nyukasl" - 2:0
"Aston Villa" - "İpsviç" - 2:1
"Fulhem" - "Bləkpul" - 1:1
"Barnsli" - "Börnli" - 1:0
"Mançester Siti" - "Uatford" - 3:0
"Derbi" - "Tranmere" - 5:0
"Millvoll" - "Preston" - 1:0
"Leyçester" - "Barton" - 2:0
"Uiqan" - "Bournemous" - 1:1
"Tottenhem" - "Koventray" - 3:0
"Kroli" - "Ridinq" - 1:3
"Kristal Palas" - "Stok Siti" - 0:0
"Alderşot" - "Roterhem" - 3:1
"Makklesfild" - "Kardiff" - 2:1
"Oksford" - "Şeffild Yunayted" - 0:3
"Sauzend" - "Brentford" - 2:2
"Middlesbro" - "Hastings" - 4:1
"Hall Siti" - "Leyton Orient" - 1:1
"Şeffild Vednsdey" - "Milton Keynes Dons" - 0:0
"Bolton" - "Sanderlend" - 2:2
"Peterboruq" - "Norviç" - 0:3
"Kvins Park Reyncers" - "Vest Bromviç" - 1:1
"Nottingem Forest" - "Oldhem" - 2:3
"Bləkbörn" - "Bristol Siti" - 2:0
"Luton" - "Volverhempton" - 1:0
"Lids" - "Birminghem" - 1:1
"Sauzhempton" - "Çelsi" - 1:5
"Çarlton" - "Haddersfild" - 0:1
"Vest Hem" - "Mançester Yunayted" - 2:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB