Voleybol idman növünün qaydalarında dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Voleybol Federasiyası qərar verib. Yeni qaydalarda qeyd olunur ki, qəbul zamanı yuxarıdan topu götürmək qadağandır. Sarı vərəqə ilə cəzalandırılan komandanın rəqibinə 1 xal verilməsi ləğv olunub. Qırmızı vərəqə alarkən digər kluba 1 xal verilməsi isə qüvvədə saxlanılıb. Hakim bir əldə sarı və qırmızı vərəqə göstərərsə voleybolçu seti, iki əldə göstərərsə, oyunu tərk etməlidir.
Çimərlik voleyboluna da aid edilən dəyişikliklər 2013-cü ildən qüvvədə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB