Adamiya əməliyyat olunacaq

Yay transfer dönəmində "İnter"ə transfer olunan Giorgi Adamiya "Sumqayıt"la oyundan əvvəl məşqlərin birində ciddi zədə alıb. Siasport.az saytının məlumatına görə, topuq zədəsi alan gürcüstanlı futbolçu ən azı 2 ay məşq etməyəcək və 3 ay meydana çıxmayacaq. Bu gün Giorgi Almaniyaya yola düşəcək və orada əməliyyat olunacaq.

Qeyd edək ki, əməlliyat Münhen şəhərinin tibb mərkəzlərinin birində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə