Azərbaycan 12 medal qazandı

Londonda XIV Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, "Od festivalı" adını daşıyan tədbirdə hərbçilərə xüsusi ehtiram göstərilib. Təntənəli mərasimin əvvəlində Böyük Britaniya bayrağını aparmaq şərəfi məhz ölkə hərbçilərinə həvalə edilib.

Mərasimdə Rianna, Jay-Z və s. kimi dünya şou-biznesinin tanınmış ulduzları çıxış ediblər. Coldplay "Viva La Vida" qrupunun çıxışı zamanı telekörpü vasitəsilə Böyük Britaniyanın hər yerindən incəsənət ustaları tədbirə qoşulublar. Təşkilatçılar çıxışlarına görə musiqiçilərə rəmzi qonorar - 1 funt sterlinq pul təqdim ediblər. Şounun elementlərindən biri olan - bir qrup artistin stadiona daxil olması mərasimi daha parlaq və unudulmaz edib.

Qeyd edək ki, Azərbaycan idmançıları budəfəki Paralimpiya Oyunlarında 12 medal qazanıblar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə