Xəbər verdiyimiz kimi, avqustun 7-dən etibarən Bakıda FIFA və AFFA-nın birgə təşkilatçılığı ilə qadın futbolu üzrə məşqçilər üçün seminar keçirilir. Siasport.az saytının məlumatına görə, FIFA təlimatçısı Vera Pouvun rəhbərliyi ilə AFFA-nın Futbol Akademiyasında keçirilən məşğələlərdə U-17 UNICEF qızlar Liqası və U-15 qızlar Liqasında mübarizə aparan komandaların məşqçiləri iştirak edir. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov seminar iştirakçıları ilə görüşüb, müvafiq tövsiyələrini verib və seminar iştirakçılarına uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB