“Bakı” \"Tavriya” ilə qarşılaşacaq

"Bakı" Futbol Klubu artıq Sloveniyada 10 günlük təlim-məşq toplantısına başlayıb. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi iyunun 22-də ilk yoxlama oyununa çıxacaq. Belə ki, komandanın rəqibi Ukraynanın \"Tavriya\" klubu olacaq.

Məlumat üçün bildirək ki, \"Tavriya\" Ukraynanın keçmiş klublarından biridir. Klub tarixində 1992-ci il Ukrayna çempionu titulunu, 2010-cu ildə isə ölkə kubokunu qazanıb. Azərbaycan klubunun rəqibi son Ukrayna çempionatını 6-cı pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə