UEFA-dan QƏRAR - bu oyun barədə araşdırma başlanıldı

UEFA-dan QƏRAR - bu oyun barədə araşdırma başlanıldı

UEFA Millətlər Liqasının İrlandiya - İsrail matçında (1:1) baş verən insidentlərlə bağlı araşdırma başladıb.

SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb. UEFA məsələni araşdırmağı etika və intizam məsələləri üzrə inspektora həvalə edib.

Qeyd edək ki, görüşün fasiləsində komandaların üzvləri arasında mübahisə yaranıb. İrlandiya millisinin fiziki hazırlıq üzrə rəhbəri Damiən Doyl qarşıdurma zamanı İsrail futbolçularından birinin onun üzünə tüpürdüyünü bildirib. Hadisənin baş hakim tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilməməsi barədə məlumat açıqlanmayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə