Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı Şərur rayonu ərazisində yerləşən istehsal müəssisəsində istifadə müddəti ötmüş və dövriyyədən çıxarılmalı olan aksiz markaları ilə markalanmış alkoqollu içkilərin istehsalı, satışı və satış məqsədilə saxlanması faktları aşkar edilib.
Dövlət Vergi Xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, müvafiq sənədləşmələr aparılmaqla həmin mallar siyahıya alınıb və istifadə müddəti ötmüş aksiz markalarının dövriyyədən çıxarılması təmin olunub.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB