Parakamandan oxatma üzrə Azərbaycan millisi Rusiya komandası ilə birgə hazırlıq keçir
Parakamandan oxatma üzrə Azərbaycan millisi Rusiya komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.
Bu barədə SİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bakı Atıcılıq Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan millisinin heyətində Nurlan Babacanov, Şahin Cabbarov və Əli Nəbiyev yer alıb.
Kollektivə baş məşqçi İlqar Abbasov rəhbərlik edir.
Toplanış çərçivəsində komandalar birgə hazırlıq keçərək təcrübə mübadiləsi aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB