...Putin oktyabrın 7-də 74 yaşına çatdı. Onun üçün bu, sadəcə ad günü deyil, həm də çox əhəmiyyətli bir rəqəmdir.
SİA-nın əldə etdiyi məlumata görə, Newsweek yazır ki, Rusiyada kişilərin orta ömür uzunluğu təxminən 68 ildir. Putin artıq Rusiyanın 85 bölgəsindən 82-də kişilərin orta ömür uzunluğundan daha böyükdür.
Çukotkada bu göstərici cəmi 58,7 ildir. Ruslar üçün vəziyyət Ukraynaya qarşı müharibə fonunda xüsusilə acınacaqlı görünür.
Mediazona və BBC-nin Rus xidmətinin hesablamalarına görə, indiyə qədər 259.000 həlak olan rus hərbçisinin adı müəyyən edilib.
Mediazona və "Meduza" 2025-ci ilin sonuna qədər 18-59 yaş arası ölən kişilərin sayının 352 min olduğunu təxmin edir. Eyni zamanda, Rusiyanın demoqrafik problemləri müharibədən çox əvvəl başlamışdı.
Hər il minlərlə insan narkotik, HİV, alkoqol və saxta metanol zəhərlənməsindən ölür.
Qadınlar orta hesabla kişilərdən təxminən 12 il daha çox yaşayırlar - bu, dünyada ən yüksək fərqlərdən biridir.
Putin 2030-cu ilə qədər ölkədə orta ömür müddətini 78 ilə çatdırmağı hədəfləyib. Lakin bu, əsasən gənc kişilərin həyatına son qoyan müharibənin reallığına uyğun gəlmir. Müəlliflər yazır ki, "Rusiya vətəndaşlarının çoxu 60 yaşa qədər yaşamaqdan məmnun olardı".
Rusiya hakimiyyəti demoqrafik problemləri gizlətməyə çalışır. Rosstat 2024-cü il üçün kişilərin və qadınların ömür uzunluğu ilə bağlı ayrıca statistika dərc etməyib və ölüm və əhali ilə bağlı bir çox məlumat artıq əlçatan deyil.
Eyni zamanda, Putin özü insan ömrünün uzadılması imkanlarını müzakirə edir.
Si Cinpin ilə söhbətində o bildirib ki, transplantologiyanın inkişafı sayəsində insanlar gələcəkdə "hətta ölümsüzlüyə də nail ola" biləcəklər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB