Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək

Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünə bu gün start veriləcək.

SİA xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək.

"Şəki" "Qaradağ Lökbatan"ın, "Ağstafa Gəncləri" "Şəmkir"in qonağı olacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

7 oktyabr

14:30. "Qaradağ Lökbatan" – "Şəki"

Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Törə Əhmədova.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"

Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə