Bakı-Qazax yolunda yük maşını aşıb, 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda yük maşını aşıb, 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Oktyabrın 7-də saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir", məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə